Vinisius Junior "Real" ilə müqaviləni yeniləmək üçün öz tələblərini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Bildirilir ki, braziliyalı vinger vergilər çıxıldıqdan sonra ildə 20 milyon avro qazanmaq istəyir. Hazırkı müqaviləyə əsasən o, ildə orta hesabla 15 milyon avro alır və bu maaş hər mövsüm artır.
Bundan əlavə, Vinisius müqavilənin yenidən imzalanması üçün bonus tələb edir və imic hüquqlarının 100 faizinə sahib olmaq istəyir. Kilian Mbappe də klubla müqaviləni oxşar şərtlərlə imzalayıb.
Yaxın vaxtlarda Vinisius "Real" rəhbərliyi və baş məşqçi Joze Mourinyo ilə görüş keçirəcək. Braziliyalının müqaviləni uzatmaqda maraqlı olduğu qeyd edilir, klubla oyunçu arasında artıq ilkin razılığın olması da istisna edilmir.
Qeyd edək ki, Vinisiusun hazırkı sözləşməsi 2027-ci ilin yayında başa çatır.












