Kabo-Verde millisinin 40 yaşlı qapıçısı Vozinya "Kolo-Kolo"nun oyunçusu olub.

Matc.az xəbər verir ki, bu barədə Çili klubunun sosial şəbəkə səhifəsində məlumat yayıb.

Qolkiperlə 2026-cı il dekabrın 31-nə qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Vozinya 2026-cı il dünya çempionatında 4 oyun keçirib və bunlardan ikisində qapısını toxunulmaz saxlayıb. Qapıçının "Kolo-Kolo"ya keçməzdən əvvəlki son klubu Portuqaliyanın ikinci divizion təmsilçisi "Şaviş" olub.

Ötən mövsüm 40 yaşlı qolkiper bütün turnirlərdə 19 qarşılaşmada iştirak edib və onlardan altısında qol buraxmayıb. "Transfermarkt" portalında onun dəyəri 500 min avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest