04 Avqust 2026, 10:28
FUTBOL
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun səfərdə keçiriləcək ilk oyun öncəsi mətbuat konfransı Bakıda baş tutacaq.
"Qarabağ" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə qarşılaşacaq. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun səfərdə keçiriləcək ilk oyun öncəsi mətbuat konfransı Bakıda baş tutacaq.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, qarşılaşmadan bir gün əvvəl - avqustun 5-də keçiriləcək konfrans saat 11:45-də başlayacaq. Tədbir "Azersun Arena"da təşkil olunacaq.
Qeyd edək ki, "Dinamo" - "Qarabağ" oyunu avqustun 6-da Polşanın Lubin şəhərindəki "Lubin Arena"da baş tutacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.













