"Leypsiq"in macarıstanlı qapıçısı Peter Qulaçi "Vilyarreal"ın oyunçusu olub.
Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb. Keçidin detalları açıqlanmasa da, transfer İspaniya klubuna 2 milyon avroya başa gəldiyi bildirilir.
Qulaçi 2015-ci ildən "Leypsiq"də çıxış edirdi. O, bu müddət ərzində Almaniya klubunun heyətində 362 rəsmi matçda meydana çıxıb, komanda ilə iki Almaniya Kuboku və bir Almaniya Superkuboku qazanıb.
Ötən mövsüm macarıstanlı qolkiper 23 oyunda iştirak edib, 32 qol buraxıb və 9 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
O, karyerası ərzində "Liverpul", "Hall Siti", "Hereford Yunayted", "Tranmer Rovers" və "Zaltsburq" klublarında da çıxış edib.
Bundan başqa, Qulaçi uzun illər ümumilikdə 58 matçda meydana çıxdığı Macarıstan millisinin əsas qapıçısı olub.













