Məşhur argentinalı mütəxəssis Maurisio Poçettino ABŞ milli komandası ilə müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə ABŞ Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yeni müqavilə 4 il müddətinə – 2030-cu il dünya çempionatının sonuna qədər nəzərdə tutulub.

Poçettino 2024-cü ilin sentyabrından ABŞ yığmasına rəhbərlik edir. O, bu müddət ərzində komandanın başında ümumilikdə 31 matça çıxıb, 17 qələbə qazanıb, 2 dəfə heç-heçə oynayıb və 12 məğlubiyyətlə üzləşib.

Məhz 54 yaşlı argentinalının rəhbərliyi altında ABŞ millisi ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatında çıxış edib. Komanda həmin turnirdə 1/8 finala qədər yüksəlib və bu mərhələdə Belçika yığmasına uduzaraq mübarizəni dayandırıb.

ABŞ millisinə gəlməzdən əvvəl Poçettino karyerası ərzində "Espanyol", "Sauthempton", "Tottenhem", PSJ və "Çelsi" klublarına rəhbərlik edib. O, "PSJ" ilə Fransa çempionu titulunu qazanıb, "Tottenhem"i isə 2019-cu ildə Çempionlar Liqasının finalına yüksəldib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest