"Sumqayıt" yeni mövsümü üçün heyət çalışmalarını davam etdirərək daha bir futbolçu keçidini reallaşdırıb.

"Sumqayıt" yeni mövsümü üçün heyət çalışmalarını davam etdirərək daha bir futbolçu keçidini reallaşdırıb.

Matc.az xəbər verir ki, bu barədə "Sumqayıt" klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, "gənclik şəhəri" son klubu Braziliyanın "Kaşias" kollektivi olan hücumçu Jeam Oliveyra ilə 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 31 yaşlı futbolçu Braziliyanın "Fortaleza" klubunun yetirməsidir. Təcrübəli forvard karyerası ərzində ölkəsinin müxtəlif aşağı liqa komandalarında da çıxış edərək hücum xəttindəki məhsuldarlığı ilə diqqət çəkib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest