03 Avqust 2026, 16:35
FUTBOL
"Zirə" Brahim Konate ilə yollarını ayırıb.
"Zirə" Brahim Konate ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə qəsəbə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, fransalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
"Zirə" Konateyə göstərdiyi xidmətə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 2025-ci ilin yayında komandaya qoşulan 30 yaşlı futbolçu "Zirə"nin heyətində ümumilikdə 30-dan çox rəsmi matçda meydana çıxıb. Təcrübəli mərkəz oyunçusu bu qarşılaşmalarda komandası üçün 3 qol və 2 məhsuldar ötürmə ilə yaddaqalan performans nümayiş etdiririb.













