31 İyul 2026, 01:24
FUTBOL
"Fulhem" Madrid "Real"ının yarımmüdafiəçisi Sesar Palasiosun transferi ilə bağlı razılıq əldə edib.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, keçidin məbləği 10 milyon avro təşkil edəcək. Madridlilər 21 yaşlı yarımmüdafiəçinin növbəti satışından da 30 faiz pay alacaqlar. Palasiosun keçidində komandanın yeni baş məşqçisi Alvaro Arbeloa şəxsən maraqlıdır.
Yarımmüdafiəçi ötən mövsüm ispaniyalı mütəxəssisin rəhbərliyi altında "Real"ın əsas komandasında 7 oyun keçirib və Çempionlar Liqasında debüt edib.













