Şimali və Mərkəzi Amerika, həmçinin Karib hövzəsi ölkələrinin Futbol Konfederasiyasının (CONCACAF) bütün ölkələri Beynəlxalq Futbol Federasiyasının (FIFA) xarici investisiyaları cəlb etmək istəməsinin səbəblərini və şəffaflığını müzakirə etmək üçün təcili iclas keçirəcək.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşrinin jurnalisti Adam Krafton sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, bu gün Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) ölkələri qurumun dünya çempionatı və digər yarışların mülkiyyət hüquqlarını özəl investorlara verəcəyi təqdirdə, FIFA-nın himayəsi altında keçirilən turnirləri boykot etmək niyyətində olduqlarını bəyan ediblər.
Qeyd edək ki, bəhs edilən hüquqların satılacağı təqdirdə FIFA-nın 4,2 milyard dollar cəlb edə biləcəyi barədə məlumatlar yayılıb.













