"Atletiko"nun hücumçusu Xulian Alvaresi qaydalara zidd olaraq heyətinə qatmağa çalışdığı iddiası ilə "Barselona"dan Kral İspaniya Futbol Federasiyasına (RFEF) şikayət edib.
Matc.az xəbər verir ki, "The Athletic" nəşri məlumat yayıb.
Bildirilir ki, şikayət kataloniyalıların futbolçuya olan marağı ilə bağlı mümkün etik qayda pozuntularına əsaslanır. "Barselona" klubu isə öz növbəsində bu iddiaya qarşı apelyasiya şikayəti vermək niyyətindədir.
May ayında "Barselona" və "Atletiko" arasında 26 yaşlı hücumçunun transferi ilə bağlı mümkün danışıqların aparıldığı bildirilmişdi. "Blauqrana"nın bu keçid üçün təxminən 100 milyon avro məbləğində rəsmi təklif hazırladığı vurğulanmışdı.
Baş verənlərdən sonra Madrid təmsilçisi sosial şəbəkələrdə Kataloniya klubunun transfer siyasəti ilə bağlı istehzalı paylaşımlar edərək "Gördüyünüz hər şeyə inanmayın, xüsusən də bu, "Barsa" ilə bağlıdırsa" ifadəsini yazıb.













