İngiltərəli hücumçu Markus Raşford "Barselona"dan ayrıldığını elan edib.
Matc.az xəbər verir ki, o, sosial şəbəkələrdə müvafiq paylaşım edərək Kataloniya klubu ilə emosional şəkildə vidalaşıb.
İngiltərəli forvard paylaşımında bu sözləri qeyd edib: "Burada keçirdiyim vaxtın mənim üçün belə müsbət və unudulmaz bir təcrübəyə çevrilməsinə görə klubdakı hər kəsə çox minnətdaram. Mən hər andan zövq aldım və özümlə bir çox gözəl xatirələr aparıram. Kluba və bütün azarkeşlərinə gələcək mövsümdə uğurlar və böyük nailiyyətlər arzulayıram".
Raşford paylaşıma öz soyadı yazılmış "Barselona" formasının şəklini də əlavə edib.
Qeyd edək ki, Raşford "Barselona"nın heyətində icarə əsasında çıxış edib, onun müqavilə hüquqları isə "Mançester Yunayted"ə məxsusdur.













