"Yuventus" klubu "Bayer"in və Bosniya və Herseqovina millisinin hücumçusu Kərim-Səm Alaybeqoviçin transferini başa çatdırıb.

Matc.az xəbər verir ki, insayder Fabrisio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, sövdələşmənin məbləği bonuslar da daxil olmaqla 35 milyon avro təşkil edib. Klub bütün tərəflərlə razılıq əldə edib. Transferin sabit hissəsi 33 milyon avro təşkil edəcək, qalan 2 milyon avro isə iddialı bonuslarla bağlı olacaq.

Alaybeqoviç əvvəldən məhz "Yuventus"a üstünlük verib və tərəflər şəxsi müqavilənin şərtlərini razılaşdırıblar. Transferin tamamlanması üçün yalnız rəsmiyyətlərin yerinə yetirilməsi qalıb.

2025-ci ilin yayında Alaybeqoviç "Bayer"in gənclər komandasından "Zalzburq"a keçib. Lakin 44 oyunda 13 qol və 4 məhsuldar ötürmə ilə yadda qaldığı mövsümdən sonra Almaniya klubu hücumçunu geri satın alıb.

"Transfermarkt" portalında futbolçunun dəyəri 25 milyon avro təşkil edir. 2026-cı ilin dünya çempionatında Alaybeqoviç 4 qarşılaşmada meydana çıxıb və 1 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest