"Zirə" bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Estoniyanın "Payde" klubu ilə cavab matçına çıxacaq.
Matc.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda turnirdəki taleyini həll edəcək qarşılaşmada qələbə qazanaraq mərhələ adlamağa çalışacaq.
İlk görüşdə qeydə alınan minimal hesablı məğlubiyyətin əvəzini çıxmaq üçün meydana tam heyətlə çıxacaq.
Sumqayıt şəhər stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Xatırladaq ki, komandalar arasında Estoniyada baş tutan ilk qarşılaşmada meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar. "Zirə"nin növbəti mərhələyə vəsiqə qazanması üçün bu gün mütləq 2 top fərqi ilə qalib gəlməlidir.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
30 iyul
20:00. "Zirə" – "Payde"
(İlk oyun: 0:1)
Baş hakim: Patrik Kolariç
Baş hakimin köməkçiləri: İvan Yaniç, Dino Knez
Dördüncü hakim: Patrik Pavleşiç
VAR: Dario Bel
AVAR: Ante Çuljak
Dəstək VAR hakimi: Tihomir Pejin
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu (Sumqayıt)













