"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsini keçəcəyi təqdirdə turnirin pley-off mərhələsinə yüksələcək, məğlub olacağı halda isə mübarizəni UEFA Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.
Matc.az xəbər verir ki, Azərbaycan təmsilçisi II təsnifat mərhələsinin cavab oyununda Finlandiyanın "KuPS" komandasına 2:0 hesabı ilə qalib gələrək iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə adlayıb. Bu uğur sayəsində komandamız ən azı UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqəni rəsmən təmin edib.
Əgər "Sabah" növbəti raundda rəqibi olacaq Danimarkanın "Orhus" və ya Polşanın "Lex" klubunu üstələyə bilsə, Çempionlar Liqasının qrup mərhələsinon bir addımlığına – pley-offa vəsiqə qazanacaq. Orada da qələbə qazanacağı təqdirdə qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində oynayacaq.
III təsnifat mərhələsində uğursuzluq qeydə alınarsa, komandamız Avropa Liqasının pley-offuna düşəcək. "Sabah" Avropa Liqasının pley-off mərhələsində qalib gəlsə, bu turnirin qrup mərhələsində mübarizə aparacaq, orada da uduzsa, birbaşa Konfrans Liqasının qrup mərhələsinə yollanacaq.
Beləliklə, təmsilçimiz cari avrokubok mövsümündə istənilən halda ən azı Konfrans Liqasının qrup mərhələsində oynamaq hüququna sahibdir.













