"Liverpul" və Dortmund "Borussiya"sının keçmiş baş məşqçisi Yurgen Klopp Almaniya millisinin sükanı arxasına keçib.

Matc.az xəbər verir ki, bu barədə "bundestim"in mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, mütəxəssislə müqavilə 2030-cu ilin ortalarına qədər nəzərdə tutulub. Klopp komandanı 2026-cı il dünya çempionatının 1/16 final mərhələsindəki uğursuzluqdan sonra qovulan Yulian Naqelsmanın yerinə gətirilib.

Xatırladaq ki, almanlar 1/4 finala gedən yolda sensasiyalı şəkildə Paraqvaya penaltilər seriyasında 3:4 hesabı ilə məğlub olublar.

Almaniyalı mütəxəssis 2024-cü ilin yayında mersisaydlıların başında 489 oyun keçirdikdən sonra "Liverpul"dan ayrılmışdı. Klopp İngiltərə klubunu 2018/19 mövsümündə Çempionlar Liqası da daxil olmaqla 8 titula daşımış, daha sonra "Red Bull" strukturunda rəhbər vəzifədə çalışmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest