Argentina millisinin müdafiəçisi Nikolas Otamendi 2026-cı il dünya çempionatından sonra milli karyerasını başa vurduğunu elan edib.

Matc.az xəbər verir ki, bu barədə 38 yaşlı futbolçu sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, "River Pleyt"in oyunçusu paylaşımında "Bu, futbolun mənə bəxş etdiyi ən böyük imtiyaz idi. Son oyunumun dünya çempionatının finalı olması qismət imiş" ifadələrini işlədib.

Otamendi milli komandadakı komanda yoldaşlarına da müraciət edərək onları heç vaxt təslim olmamağa çağırıb.

2009-cu ildən bəri yığmada 139 oyun keçirən təcrübəli müdafiəçi, "albiseleste" heyətində 2022-ci ildə dünya çempionu, 2026-cı ildə isə gümüş mükafatçı olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest