Madrid "Real"ının yeni baş məşqçisi Joze Mourinyu dünya çempionatının ən yaxşı oyunçusu Rodrinin transferini maliyyələşdirmək üçün yarımmüdafiəçi Orelien Tçuamenini "Mançester Yunayted"ə satmaq istəyir.
Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Bildirilir ki, "Mançester Yunayted" 79,6 milyon avro dəyərində qiymətləndirilən 26 yaşlı fransalı futbolçu barədə məlumat istəyib. Onun transferində "qırmızı şeytanlar"ın baş məşqçisi Maykl Kerrik maraqlıdır.
Mançester təmsilçisi daha əvvəl iki yarımmüdafiəçini - Andrey Santos və Yuri Tilemansı heyətinə qatıb.
"Real"ın "Mançester Siti"dən Rodrini transfer etmək üçün ciddi cəhdlər göstərdiyi vurğulanır. Onun "şəhərlilər"lə hazırkı müqaviləsinin başa çatmasına 12 ay qalıb.













