24 İyul 2026, 10:18
FUTBOL
Yurgen Klopp Almaniya millisi ilə müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, mütəxəssisin milli komanda ilə razılaşmasının müddəti 2030-cu ilə qədər nəzərdə tutulub və rəsmi açıqlama bu gün veriləcək.
Xatırladaq ki, Almaniya millisi 2026-cı il dünya çempionatını 1/16 finalda Paraqvay yığmasına məğlub olaraq (1:1, penaltilərlə 3:4) tərk edib. Almaniya yığmasına daha əvvəl Yulian Naqelsman rəhbərlik edirdi.













