Vasitəçilər "Arsenal"a zədəli müdafiəçi Vilyam Salibanı Belçika millisinin və "Sportinq"in futbolçusu Zeno Debastla əvəzləməyi təklif ediblər.
Matc.az xəbər verir ki, bu barədə "Caught Offside" nəşri məlumat yayıb.
Bildirilir ki, hazırda tərəflər arasında rəsmi danışıqlar aparılmayıb. "Sportinq" 22 yaşlı oyunçunu 40 milyon avroya sata bilər.
Debast Belçika millisinin heyətində 26 oyun keçirib və bir qol vurub. Ötən mövsüm o, klubu üçün bütün turnirlərdə 24 matçda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Saliba Fransa və İspaniya milliləri arasında keçirilən 2026-cı il dünya çempionatının yarımfinal oyununda (2:0) zədə səbəbindən meydanı tərk edib. 25 yaşlı futbolçunun 4-5 ay yaşıl meydanlardan kənar qala biləcəyi bildirilir.













