İngiltərə Futbol Assosiasiyası (FA) "Sauthempton"un baş məşqçisi Tonda Ekertə qarşı rəsmi ittiham irəli sürüb.

Matc.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, məşqçiyə 2025-ci ilin dekabrından 2026-cı ilin mayına qədər olan dövrdə E3.1 qaydasını (qeyri-idman davranışı) eyni vaxtda üç dəfə pozma ittihamı irəli sürülüb.

Mütəxəssis oyunlar ərəfəsində "Oksford Yunayted", "İpsviç" və "Midlsbro" klublarının məşqlərinin gizli izlənilməsini təşkil edib.

Xüsusilə, klubun analitiki matçdan 48 saat əvvəl xüsusi avadanlıq vasitəsilə "Midlsbro"nun məşqini lentə alıb ki, bu da FA tərəfindən müəyyən edilmiş 72 saatlıq "sükut regiomu" qaydalarının pozulması deməkdir. Bu insidentə görə "Sauthempton" may ayında Premyer Liqaya vəsiqə qazanmaq üçün keçirilən pley-off mərhələsinin finalından diskvalifikasiya edilib və onun yerinə "Midlsbro" turnirə qaytarılıb.

Qeyd edək ki, 33 yaşlı mütəxəssis Tonda Ekert ötən ilin dekabrında "Sauthempton"un sükanı arxasına keçib. Buna qədər o, "müqəddəslər"in U-21 gənclər komandasının baş məşqçisi olub, daha əvvəl isə İtaliyanın "Cenoa" klubunda köməkçi məşqçi kimi çalışıb. "Sauthempton"un əsas komandası Ekertin rəhbərliyi altında 35 oyun keçirib, bu görüşlərdə 21 qələbə qazanıb, 9 heç-heçə edib və 5 məğlubiyyətlə üzləşib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest