Azərbaycan futbol tarixində yeni rekord qeydə alınıb.

Matc.az xəbər verir ki, “Sabah”, “Qarabağ” və “Zirə” komandaları Avropa yarışlarında ardıcıl 7 qələbə qazanıblar.

Bununla təmsilçilərimiz 2017/2018-ci illər mövsümündəki rekordu yeniləyiblər. Həmin mövsüm Azərbaycan təmsilçiləri avrokuboklarda ardıcıl 6 qələbə qazanmışdılar.

Cari mövsümün startında indiyə qədər keçirilən bütün matçlarda rəqiblərini məğlub edən klublarımız ümumilikdə 17 qol vurub, 1 top buraxıblar.

Qeyd edək ki, “Sabah” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində TNS-i (Uels) 2:0 və 2:1, II təsnifat mərhələsində “KuPS”u (Finlandiya) 1:0, “Qarabağ” UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Vestri”ni (İslandiya) hər iki oyunda 3:0, “Zirə” isə UEFA Konfrans Liqasının I təsnifat mərhələsində “Torpedo”nu (Kutaisi, Gürcüstan) hər iki görüşdə 3:0 hesabı ilə məğlub edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest