Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatının finalında İspaniyaya məğlubiyyətdən (0:1) sonra bir neçə gün istirahət etmək üçün çərşənbə axşamı Rosarioya qayıdıb.
Matc.az xəbər verir ki, Messinin şəxsi təyyarəsi ABŞ-nin Florida ştatından uçaraq onun doğma şəhərinin yaxınlığına eniş edib.
Aeroportun yaxınlığında plakatlar və bayraqlarla onu gözləyən azarkeşlərin olmasına baxmayaraq, Lionel ictimaiyyət qarşısına çıxmayıb. Messi ailəsi ilə birlikdə elə təyyarənin yanındaca yolsuzluq avtomobilinə əyləşərək Buenos-Ayresdən təxminən 300 kilometr şimalda yerləşən Funes qapalı yaşayış massivinə yollanıb.
Futbolçu Rosarioya həm də ailəsinin daha əvvəl xəstəliyi barədə məlumat verdiyi atası ilə görüşmək üçün gəlib.
Messinin cari MLS mövsümündə çıxışını davam etdirmək üçün iyulun sonu və ya avqustun əvvəlində "İnter Mayami"yə qayıdacağı gözlənilir.













