"Liverpul" Kolumbiyanın "Atletiko Nasyonal" klubundan 17 yaşlı hücumameyilli yarımmüdafiəçi Samuel Martinesin transferini elan edib. Gənc futbolçu 2027/28 mövsümü ərəfəsində İngiltərə nəhənginin akademiyasına qoşulacaq.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Liverpul"un bu gənc futbolçunun transferi üçün bir milyon dollar ödəyəcəyi, "Atletiko Nasyonal"ın isə Samuelin növbəti satışından faiz əldə edəcəyi bildirilir.

Martines Kolumbiyanın U-17 yeniyetmələrdən ibarət yığmasının heyətində 6 matça çıxıb və Cənubi Amerika çempionatının qalibi olub. Turnir ərzində o, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest