Argentina millisinin hücumçusu Lionel Messi və İspaniya yığmasının üzvü Lamin Yamal dünya çempionatlarının final oyunları tarixində yeni rekorda imza atıblar.
Matc.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Opta Sport" idman-statistika platforması məlumat yayıb.
Bildirilir ki, dünya birinciliklərinin həlledici qarşılaşmaları tarixində ilk dəfə olaraq final matçında aralarında 20 yaşdan çox (20 yaş 19 gün) fərq olan futbolçular fərqli komandaların heyətində bir-birinə qarşı mübarizə aparırlar.
İki ulduzun qarşılaşdığı İspaniya – Argentina final görüşünün ilk hissəsi qolsuz bərabərliklə başa çatıb.
Xatırladaq ki, yarımfinal mərhələsində İspaniya Fransanı 2:0, Argentina isə İngiltərəni 2:1 hesabı ilə üstələyərək həlledici oyuna vəsiqə qazanıb.













