Yay təlim-məşq toplanışını davam etdirən "Qəbələ" növbəti yoxlama oyununda "Sumqayıt"ın qonağı olub.

Matc.az xəbər verir ki, bu barədə klubların mətbuat xidmətləri məlumat yayıb.

Bildirilir ki, qarşılıqlı qollarla yadda qalan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Hazırlıq prosesində ikinci sınağına çıxan bölgə təmsilçisi ilk yoxlama matçında "Kəpəz"i 2:1 hesabı ilə məğlub etməyi bacarmışdı.

Qəbələ klubu yay toplanışı çərçivəsində keçirəcəyi digər oyunların təqvimi də bəllidir. Komanda iyulun 25-də “Şəfa”, 31-də “İmişli”, avqustun 4-də isə “Şamaxı” kollektivləri ilə qüvvəsini sınayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest