19 İyul 2026, 17:36
FUTBOL
Fransa millisinin baş məşqçisi Didye Deşam futboldakı karyerasını başa vurmağı planlaşdırmadığını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə Fransanın "RMC Sport" idman nəşri məlumat yayıb.
Fransa yığmasının dünya çempionatında 4-cü yeri tutmasından sonra postunu tərk edəcək təcrübəli mütəxəssis bundan sonra onu nəyin gözlədiyini bilmədiyini, lakin bunun fərqli bir mərhələ olacağını söyləyib.
Təcrübəli mütəxəssis yeni işinə eyni sevgi və eyni ehtirasla yanaşacağını vurğulayıb.
"Mən birdən birə qənnatçı, siyasətçi və ya başqa bir peşə sahibi olmaq niyyətində deyiləm. Futbolda qalacağam, çünki bunun üçün kifayət qədər imkanlar var", - deyə Deşam bildirib.













