"Real" İspaniya millisinin yarımmüdafiəçisi Rodrinin dünya çempionatındakı çıxışından təsirlənərək, futbolçu ilə yenidən maraqlanmağa başlayıb.
Matc.az xəbər verir ki, bu barədə İspaniyanın "Sport.es" idman nəşri məlumat yayıb.
Bildirilir ki, "Kral klubu" "Mançer Siti"nin 30 yaşlı futbolçusunu transfer etməyə cəhd göstərə bilər. Komandanın baş məşqçisi Joze Mourinyo Rodrinin onun rəhbərlik etdiyi kollektivdə oynamaq üçün lazımi keyfiyyətlərə sahib olduğunu düşünür.
Təcrübəli yarımmüdafiəçi daha əvvəl gələcək karyerası ilə bağlı məsələləri bu gün İspaniya və Argentina milliləri arasında keçiriləcək dünya çempionatının final oyunundan sonra müzakirə edəcəyini bildirmişdi.
Rodri cari dünya çempionatında 7 matçda meydana çıxıb. Onun İngiltərə klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.













