Beynəlxalq Futbol Federasiyasının (FİFA) Sosial Şəbəkələrin Mühafizəsi Xidməti (SMPS) 2026-cı il dünya çempionatı zamanı internetdə futbolçuların və personalın ünvanına yazılmış 7 milyondan çox təhqiramiz şərh aşkarlayıb.

Matc.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Reuters" informasiya agentliyi məlumat yayıb.

Bildirilir ki, bu göstərici Qətərdə keçirilmiş əvvəlki dünya çempionatındakı mənfi şərhlərin sayını xeyli üstələyib. Həmin turnirdə 470 000 belə paylaşım qeydə alınaraq silinmişdi. Mövcud mənfi rəylərdən yarım milyondan çoxunun süni intellekt tərəfindən yazıldığı müəyyənləşib.

Həmçinin hökumət və hüquq-mühafizə orqanlarına ünvanlanmış 1000-dən çox təhdid qeydə alınıb. Qurumun bu ay yaydığı məlumata görə, sosial şəbəkələrdə dünya çempionatı ilə bağlı paylaşılan mənfi rəylərin 11 faizi irqi zəmində olub.

Xatırladaq ki, FİFA dünya çempionatı zamanı hakimliyə etiraz edən futbolçu və məşqçiləri cəzalandırmağı planlaşdırır. Turnirin bu gün keçiriləcək final matçında isə Argentina və İspaniya milliləri planetin ən güclüsü adı uğrunda qarşılaşacaqlar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest