"10 milyonlarla fransıza sevincli duyğular bəxş etmək imkanımız var idi".
Fransa millisinin baş məşqçisi Didye Deşam 2026-cı il dünya çempionatının bürünc medal uğrunda matçında İngiltərəyə 4:6 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, bu barədə Fransanın "RMC Sport" idman nəşri məlumat yayıb.
Bildirilir ki, təcrübəli mütəxəssis məğlubiyyətin xoş olmadığını, lakin görülən işlərin müsbət təəssurat doğurduğunu söyləyib. Onun sözlərinə görə, turniri üçüncü pillədə başa vurmaq daha yaxşı olardı. Böyük iddialara sahib olduqlarını deyən çalışdırıcı xeyli yaxşı işlər gördüklərini, İspaniyaya qarşı matçda isə öz oyunlarını nümayiş etdirə bilmədiklərini vurğulayıb.
"Hər şey heç də pis deyil, bacarıqlı komandamız var və nəticə qazanmaq üçün hər şeyimiz mövcud idi. Şəxsən mənim üçün bu, gözəl bir səyahət oldu. Möhtəşəm 8 həftə keçirdik. Nəticə baxımından məyusluq var. 10 milyonlarla fransıza sevincli duyğular bəxş etmək imkanımız var idi. Bu, dünya çempionatıdır, bundan gözəl heç nə yoxdur. Fransa millisinin formasını geyinməkdən daha gözəl heç nə ola bilməz", - deyə Deşam qeyd edib.
Xatırladaq ki, bu qarşılaşma 14 il rəhbərlik etdiyi yığmanın sükanı arxasında Deşamın son oyunu olub. Fransa millisi dünya çempionatları tarixində 2014-cü ildən bəri ilk dəfə medalsız qalıblar.













