Fransa yığmasının ulduz hücumçusu Kilian Mbappe dünya çempionatları tarixinin ən yaxşı bombardiri olub.
Matc.az xəbər verir ki, bu barədə "Çempion" nəşri məlumat yayıb.
Bildirilir ki, İngiltərəyə qarşı keçirilən üçüncü yer uğrunda oyunda dubl edən hücumçu Lionel Messini geridə qoyaraq aktivindəki qol sayını 22-yə çatdırıb və birinci pilləyə yüksəlib.
Aktivində 21 qol olan argentinalı hücumçu isə İspaniya seçməsinə qarşı dünya çempionatının final matçına çıxacaq.
Dünya çempionatları tarixinin ən yaxşı bombardirlərinin siyahısı aşağıdakı kimidir:
1. Kilian Mbappe (Fransa) – 22
2. Lionel Messi (Argentina) – 21
3. Miroslav Kloze (Almaniya) – 16
Bununla yanaşı, fransalı hücumçu Messini DÇ-2026-nın bombardirlər yarışında da geridə qoyub. Turnirdə indiyədək 8 qolu olan argentinalı forvard liderlik edirdisə, son dubldan sonra Mbappe 10 qolla önə keçib. Kilian XXI əsrdə dünya çempionatında 10 və daha çox qol vuran ilk futbolçudur.













