"Roma" klubu "Vest Hem"in vingeri Krisensio Sammervilli heyətinə qatmaq üçün rəsmi təklif göndərib.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marsio məlumat yayıb.

Bildirilir ki, Roma təmsilçisi 24 yaşlı niderlandlı futbolçu üçün İngiltərə klubuna 46 milyon avro təklif edib. Komandasını dəyişməyə isti baxan niderlandlı oyunçunun özü isə artıq İtaliya klubuna keçməyə razılıq verib.

Hazırda tərəflər arasında sövdələşmənin yekun detalları müzakirə olunur.

Ötən mövsüm İngiltərə Premyer Liqasında ümumilikdə 31 matçda meydana çıxan Krisensio Sammervill 6 qol vurub və 2 məhsuldar ötürmə ilə fərqlənib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest