Azərbaycan millisinin 29 yaşlı hücumçusu Mahur Emreli Almaniyanın "Kayzerslautern" klubundan ayrılaraq Polşa Ekstraklasa təmsilçisi "Rakuv"a keçib.

Azərbaycan millisinin 29 yaşlı hücumçusu Mahur Emreli Almaniyanın "Kayzerslautern" klubundan ayrılaraq Polşa Ekstraklasa təmsilçisi "Rakuv"a keçib.

Matc.az xəbər verir ki, təcrübəli forvard artıq Çenstoxova şəhərinə yollanıb və yeni klubu üçün rəsmi tibbi müayinədən keçib.

Almaniya təmsilçisi ilə 2028-ci ilə qədər müqaviləsi olan Emreli "Rakuv"da satınalma variantı ilə 1 illik icarə əsasında çıxış edəcək.

Kiprin APOEL və İsrailin "Makkabi" (Xayfa) klublarının rəsmi təkliflərindən imtina edən futbolçunun bu seçimi etməsində komandanın Konfrans Liqasında mübarizə aparması böyük rol oynayıb.

Xatırladaq ki, Mahir üçün Polşa çempionatı tanış mühitdir; o, daha əvvəl 2021/2022 mövsümündə Varşava "Legiya"sının formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest