"Zirə"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Estoniyanın "Payde" klubuna qarşı keçirəcəyi ilk oyunun hakim təyinatları açıqlanıb.

"Zirə"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Estoniyanın "Payde" klubuna qarşı keçirəcəyi ilk oyunun hakim təyinatları açıqlanıb.

Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, Estoniyada baş tutacaq ilk qarşılaşmanı Moldovadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Roman Jitari olacaq. Ona yan xətt hakimləri Viktor Mardari və Andrey Bodean köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Andrey Brequta yerinə yetirəcək.

Xatırladaq ki, baş hakim Roman Jitari bundan əvvəl "Qarabağ"ın avrokuboklardakı oyununu da idarə edib.

Qeyd edək ki, "Payde" - "Zirə" matçı iyulun 23-də Estoniyanın Parnu şəhərindəki "Parnu Rannastaadion" arenasında keçiriləcək və Bakı vaixtı ilə saat 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest