İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel futbol üzrə dünya çempionatında Fransaya qarşı keçiriləcək üçüncü yer uğrunda oyun barədə danışıb.

Matc.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Almaniyalı mütəxəssis bu qarşılaşmanı komandası üçün böyük bir imkan kimi qiymətləndirib.

"Bu, İngiltərə üçün son 60 ilin ən yaxşı nəticəsini göstərmək şansıdır. Yarımfinala qədər bəlkə də ən yaxşı formada olan, dünyanın ən güclü komandalarından birinə qarşı böyük oyun gözlənilir. Mentalitet elə bir şey deyil ki, onu birdən-birə yandırıb-söndürəsən. Bu, nədən ibarət olduğumuzu və bütün turnir boyu nümayiş etdirdiyimiz performansı göstərmək məqamıdır", - Tuxel qeyd edib.

Qeyd edək ki, İngiltərə yığması yarımfinalda Argentinaya 1:2 hesabı ilə uduzub. İngilislər sonuncu dəfə 1966-cı ildə dünya çempionu olarkən fəxri kürsüyə qalxa biliblər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest