"Arsenal" "Aston Villa"nın vingeri Morqan Rocersin transferi ilə bağlı danışıqları davam etdirir.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" nəşrinin jurnalisti Saşa Tavolyeri məlumat yayıb.

Bildirilir ki, iki klubun nümayəndələri daimi təmasdadırlar, danışıqlar müsbət məcrada keçir və tədricən razılığa yaxınlaşır. London klubu 23 yaşlı ingiltərəli futbolçunun özü ilə 2031-ci ilin iyununa qədər nəzərdə tutulacaq şəxsi müqavilənin əsas şərtlərini artıq razılaşdırıb.

Oyunçu cari yay "transfer pəncərəsi"ndə "Arsenal"a keçmək istədiyini artıq "Aston Villa" rəhbərliyinə bildirib ki, bu da danışıqların irəliləməsinə kömək edir. Birmingem klubu isə onun gedişinin getdikcə daha çox ehtimal olunduğunu anlayaraq, artıq Rocersə əvəzləyici axtarmağa başlayıb.

Gələn həftə tərəflər sövdələşmənin qalan detallarını razılaşdırmaq üçün yeni görüşlər keçirməyi planlaşdırırlar. Danışıqlar uğurla başa çatsa, transferin ümumi məbləği təxminən 100 milyon avro təşkil edə bilər və bu, Rocersin keçidini cari yay "transfer pəncərəsi"nin ən böyük sövdələşmələrindən birinə çevirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest