"Qalatasaray" rəhbərliyi "Real"ın və Uruqvay millisinin kapitanı Federiko Valverdeni heyətinə qatmaq üçün hərəkətə keçib.
Matc.az xəbər verir ki, bu barədə "Sporx" portalı məlumat yayıb.
Bildirilir ki, baş məşqçi Joze Mourinyonun komandada düşünmədiyi iddia edilən 27 yaşlı futbolçunun klubdan ayrılma ehtimalı artdıqdan sonra İstanbul təmsilçisi təmasa keçib.
Yarımmüdafiə xətti ilə yanaşı, sağ cinahda da oynaya bilən uruqvaylı oyunçunun transferi üçün "Qalatasaray"ın heyətində çıxış edən həmyerliləri Fernando Muslera və Lukas Torreyra da dövrəyə girib.
İspaniya klubu ilə 2029-cu ilin iyun ayına qədər müqaviləsi olan futbolçunun icarəyə götürülməsi üçün "sarı-qırmızılılar" "Real" rəhbərliyinə danışıqlara hazır olduqlarını çatdırıblar.
Muslera və Torreyra 2026-cı il dünya çempionatında Uruqvay yığması ilə istədiyi nəticəni qazana bilməyən Valverdəyə klubdakı müsbət ab-havadan bəhs edərək onu İstanbula dəvət ediblər.













