İspaniya millisinin baş məşqçisi Luis de la Fuente 2026-cı il dünya çempionatının yarımfinalında Fransa üzərində qazanılan qələbəni şərh edib.

Matc.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

İspaniyalıların çalışdırıcısı komandasının çıxışını yüksək qiymətləndirib:

"Biz təxminən 4 il əvvəl müəyyən bir ideya ilə başladıq və bütün bu müddət ərzində ona sadiq qaldıq, bizi bura gətirən də məhz budur. Bu gün biz dünyanın ən yaxşı yığmalarından birinə qarşı oynadıq, lakin onların qarşısında dünyanın ən yaxşı komandası var idi. Böyük fərq də bundadır. Bu futbolçular hər şeyə layiqdirlər – günbəgün öz sadiqliklərini, birliklərini, fədakarlıqlarını və istedadlarını nümayiş etdirdilər. Onlar ən çətin şeyi belə sadə göstərməyi bacarırlar".

Qeyd edək ki, qarşılaşma Oyarsabal və Porronun qolları sayəsində "Qırmızı furiya"nın 2:0 hesablı əmin qələbəsi ilə başa çatıb.

Dünya çempionatının yarımfinalındakı bu uğurla İspaniya əsas vaxtdakı məğlubiyyətsizlik seriyasını 37 matça çatdırıb. Bununla da "Qırmızı furiya" 2018-2021-ci illərdə eyni sayda oyunda uduzmayan İtaliya millisinin dünya rekordunu təkrarlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest