Olivye Pantaloni "Nitsa"nın baş məşqçisi təyin edilib.

Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

59 yaşlı fransız məşqçi ilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq 2 illik müqavilə imzalanıb. Pantaloni komandanın sükanı arxasında 2025-ci ilin dekabrından bəri "Nitsa"ya rəhbərlik edən Klod Pyueli əvəz edəcək.

Yeni baş məşqçinin əvvəlki iş yeri 2024-cü ilin iyulundan 2026-cı ilin mayına qədər rəhbərlik etdiyi "Lorient" klubu olub. Təcrübəli mütəxəssis karyerası ərzində iki dəfə "Ayaçço" və "Tur" klublarını da çalışdırıb.

"Nitsa" ötən mövsüm Liqa 1-də turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb və pley-off mərhələsində "Sent-Etyen"i ümumi hesabla 4:1 məğlub edərək yüksək liqadakı yerini qoruyub saxlamağı bacarıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest