"Fənərbaxça"nın yeni baş məşqçisi müəyyənləşib.
"Fənərbaxça"nın yeni baş məşqçisi müəyyənləşib.
Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klubdan KAP-a (İctimaiyyəti Məlumatlandırma Platforması) göndərilən açıqlamada 64 yaşlı mütəxəssislə 2026-2027 mövsümü üçün 1 illik müqavilə imzalandığı bildirilib.
Təcrübəli çalışdırıcı bununla da "sarı-lacivərdlilər"də rəsmən 4-cü dövrünə başlayacaq. İsmayıl Kartal daha əvvəl rəhbərlik etdiyi 3 fərqli dövrdə komanda ilə çıxdığı 124 matçda 87 qələbə qazanaraq 2.27 xal ortalaması yaxalamış və 2014-cü ildə Türkiyə Süperkubokunun qalibi olmuşdu.
Qeyd edək ki, Kartal 2024-cü ilin iyununda "Fənərbaxça"dan ayrıldıqdan sonra son olaraq 2025-ci ilin yanvar-iyun aylarında İranın köklü klublarından "Persepolis"i çalışdırıb və orada çıxdığı 16 oyunda komandanı çempionat üçüncüsü edib.
Klub rəhbərliyinin yenidən doğma kluba qaytardığı mütəxəssisin köməkçilərinin siyahısı və yeni mövsüm planlaması yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.













