"Real"ın mətbuat xidməti fransalı müdafiəçi İbrahima Konatenin pulsuz transfer olunduğunu açıqlayıb.
Matc.az xəbər verir ki, əvvəllər "Liverpul"da oynayan Konate Madrid klubu ilə 2030-cu ilin iyun ayının sonuna qədər müqavilə imzalayıb.
27 yaşlı mərkəz müdafiəçisi İngiltərə klubu ilə yeni müqavilə şərtlərində razılığa gələ bilmədiyi üçün azad agent statusu qazanmışdı. "Liverpul" forması ilə Premyer Liqa, FA Kuboku və iki dəfə Liqa Kubokunu qazanan fransalı futbolçunun Madrid klubunda həftəlik 400 min funt-sterlinq qazanacağı və müqaviləyə əsasən 17 milyon funt-sterlinq imza bonusu alacağı bildirilir.
Bu transfer Madrid təmsilçisinin son illərdə heyətinə pulsuz cəlb etdiyi növbəti ulduz futbolçu keçidi olaraq diqqət çəkib. Hazırda Fransa millisi ilə dünya çempionatında mübarizə aparan təcrübəli oyunçu turnir bitdikdən sonra yeni komandasının düşərgəsinə qoşulacaq.












