Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro dünya çempionatının qrup mərhələsində Kolumbiyaya məğlubiyyəti (1:3) şərh edib.
Matc.az xəbər verir ki, mütəxəssis matç haqqında fikirlərini bölüşüb.
Kannavaro matçın çətin keçdiyini bildirib: "Oyun maraqlı alındı. İkinci hissədə matçın axarını dəyişə bildik. Sol cinahdan qollar yaradaraq matça nəzarəti ələ keçirməyə çalışdıq. Biz bura ilk növbədə Özbəkistanı bütün dünyaya müsbət tərəfdən göstərmək üçün gəlmişik. Mən həmişə komandaya deyirəm ki, onlar bütün oyun boyu aktiv olmalıdırlar. Kolumbiya kimi komandaya qarşı topsuz oynamaq asan deyil".
İtalyan baş məşqçi futbolçularının çıxışını yüksək qiymətləndirib: "Ümumiyyətlə, ikinci hissədə yaxşı oynadıq, amma təəssüf ki, qol buraxdıq. Bu matç tarixi olduğu üçün xatırlayacağıq. Dünya çempionatındayıq. Deyə bilərəm ki, bugünkü oyun bizim üçün yaxşı alındı. Səhvlər olub, onların üzərində işləyəcəyik. Futbolçularımla fəxr edirəm. Yaxşı oynadılar. Bu gün çətin matç oldu. Belə stadionda, belə azarkeşlər önündə oynamaq asan deyil. Amma bu, əlavə motivasiya da verə bilər".













