18 İyun 2026, 11:32
FUTBOL
İngiltərə millisinin hücumçusu Harri Keyn penaltilərdən vurulan qolların sayına görə dünya çempionatı rekordunu qırıb.
Matc.az xəbər verir ki, təcrübəli hücumçu Xorvatiyaya qarşı qrup mərhələsinin birinci tur matçında hesabı 12-ci dəqiqədə penaltidən açıb. Bu, Keynin dünya çempionatlarında vurduğu beşinci penalti qolu olub və o, oyunsonu seriyalar istisna olmaqla bütün zamanların rekordu olaraq tarixə düşüb.
Hücumçu daha sonra vurduğu qollarla əfsanəvi Harri Linekerin dünya çempionatı rekorduna şərik olub. Keynin hazırda turnirdə keçirdiyi 12 matçda 10 qolu var.













