Fransa millisinin müdafiəçisi Malo Qusto 2026-cı il dünya çempionatının qrup mərhələsi oyunundan əvvəl məşq zamanı topuğundan zədə alıb.

Matc.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Bildirilir ki, komanda yoldaşları ilə toqquşma nəticəsində Qusto meydanda yıxılaraq zədələnib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Meksika və Kanadada keçirilir. Turnir iyunun 11-də başlayıb və iyulun 19-da başa çatacaq. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest