Xorvatiyanın 37 yaşlı sol cinah oyunçusu İvan Perişiç Lionel Messinin dünya çempionatında assist rekordunu qırıb.
Matc.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.
Təcrübəli xorvatiyalı İngiltərəyə qarşı ikinci qola assist edib. Perişiç ilk hissənin 45-ci dəqiqəsində Petar Musiyə uğurla ötürmə verib. PSV-nin oyunçusu ardıcıl dördüncü dünya çempionatında assist edib. Bundan əvvəl yalnız argentinalı ulduz Əlcəzairə qarşı oyunda het-trik edərək belə bir uğura imza atmışdı. Bu performansla Leo həm də Miroslav Klozenin dünya çempionatlarında vurulan ən çox qol rekorduna bərabər olub.
Qeyd etmək lazımdır ki, Perişiç Xorvatiya millisində 38-ci assistini edib. O, həmçinin milli komandada 155 oyunda 38 qol vurub. İvanın tarixi assistinə baxmayaraq, xorvatlar 2026-cı il dünya çempionatının qrup mərhələsinin ilk turunda İngiltərəyə 2:4 hesabı ilə məğlub olublar. İki qol vuran "Üç aslan"ın hücumçusu Harri Keyn matçın ən yaxşı oyunçusu seçilib.













