“Milan”ın yeni texniki direktoru hazırda Braziliya “Flamenqo”sunda oxşar vəzifədə çalışan Xose Boto ola bilər.

Matc.az xəbər verir ki, bu barədə "TuttoMercatoWeb" məlumat yayıb.

Cəmi bir neçə gün əvvəl Frankfurt "Ayntraxt"ından Markus Kröşe idman direktoru Timmo Hardunqla birlikdə İtaliya klubuna keçməli olan "Milan"ın texniki direktoru vəzifəsinə təyin olunmağa çox yaxın idi. Bununla belə, bu keçidlər "Ayntraxt"ın top menecerləri üçün 10 milyon avro təzminat tələb etməsi səbəbindən iflasa uğramaq ərəfəsindədir.

“Milan” bu cür pul ödəməyə hazır deyil və alternativ variantları nəzərdən keçirməyə başlayıb. Bu variantlardan biri də “rossoneri”nin yeni baş məşqçisi Ruben Amorimlə yaxşı münasibətdə olan Xose Botodur.

Xatırladaq ki, Boto 2018-2021-ci illərdə Donetsk “Şaxtyor”unun skautlar departamentinin direktoru vəzifəsində çalışıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest