"Zirə" komandasının UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsində qarşılaşa biləcəyi rəqib rəsmən müəyyənləşib.

"Zirə" komandasının UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsində qarşılaşa biləcəyi rəqib rəsmən müəyyənləşib.

Matc.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri turnirin I təsnifat mərhələsində Gürcüstan təmsilçisi "Torpedo" səddini uğurla adlasa, növbəti raundda Baltikyanı ölkələrin klubları ilə üz-üzə gələcək. Püşkə əsasən, qəsəbə təmsilçisinin potensial rəqibi "Heqelman" (Litva) – "Payde" (Estoniya) cütlüyünün qalib tərəfi olacaq.

Xatırladaq ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək ilk oyunlar iyulun 23-də, cavab matçları isə iyulun 30-da baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest