"Real" klubu portuqaliyalı yarımmüdafiəçi Bernardo Silvanın transferini rəsmi şəkildə elan edib.

Matc.az xəbər verir ki, təcrübəli futbolçu müqaviləsinin müddəti başa çatdıqdan sonra "Mançester Siti"dən ayrılaraq Madrid təmsilçisinə azad agent statusu ilə qoşulub. Bernardo Silva ilə "Real" arasında 2028-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.

Portuqaliyalı ulduzun Madriddəki illik maaşı 20 milyon avro təşkil edəcək. Bundan əlavə, futbolçuya 10 milyon avro imza bonusu, onun agenti Xorxe Mendeş ilə atasına isə ümumilikdə daha 10 milyon avro komissiya haqqı ödəniləcək.

Qeyd edək ki, Bernardo Silva ötən mövsüm "Mançester Siti"nin heyətində bütün turnirlərdə 53 oyuna çıxaraq 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2017-ci ildən bəri şərəfini qoruduğu İngiltərə klubunda 6 Premyer Liqa çempionluğu və 1 Çempionlar Liqası kuboku daxil olmaqla, ümumilikdə 19 titul qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest