"Qarabağ" komandasının UEFA Avropa Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsində qarşılaşa biləcəyi komandalar bu gün müəyyənləşib.

"Qarabağ" komandasının UEFA Avropa Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsində qarşılaşacağı rəqib rəsmən dəqiqləşib.

Matc.az xəbər verir ki, Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın "Vestri" komandasını məğlub edəcəyi təqdirdə, növbəti raundda ÇSKA (Sofiya, Bolqarıstan) - "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsinin qarşılaşmaları iyulun 23-də və 30-da baş tutacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu mərhələdəki ilk matçını doğma meydanda keçirəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest