13 İyun 2026, 23:12
TOP OYUNLARI
"Turan" voleybol klubu 2025/26 mövsümünün başa çatması ilə əlaqədar bir neçə oyunçusu ilə yollarını ayırıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.
Klub rəhbərliyi komandanın inkişafına, qazanılan uğurlara və komanda ruhuna verdikləri töhfələrə görə voleybolçulara təşəkkür edib, onlara karyeralarının növbəti mərhələsində uğurlar arzulayıb.
Qeyd edək ki, komandadan ayrılan oyunçuların siyahısında Bohdana Anisova, Joseline Landeros, Valeriya Kondratyeva, Təhminə Mustafazadə, Ülkər Kərimova, Sh’Diamond Holly, Səbinə Əlizadə, Xədicə Ələkbərova, Franciele Stedile, Larisa Smeltsova və Zarina Namazova yer alıblar.











