Futbol üzrə 2026-cı il dünya çempionatının təntənəli açılış mərasimi ABŞ-ın İnqlvud şəhərindəki məşhur "SoFi" stadionunda baş tutub.

Futbol üzrə 2026-cı il dünya çempionatının təntənəli açılış mərasimi ABŞ-ın İnqlvud şəhərindəki məşhur "SoFi" stadionunda baş tutub.

Matc.az xəbər verir ki, dünya ulduzlarının iştirak etdiyi musiqili şouda pop müğənnisi Keti Perri, reper Future, braziliyalı ulduz Anitta, DJ Remo və Cənubi Koreyanın dünyaca məşhur qızlar qrupu "BLACKPINK"in solisti Lisa öz rəngarəng çıxışları ilə mundialın startına damğa vurublar.

Möhtəşəm mərasimin ardınca isə dərhal turnirin D qrupunun ilk turu çərçivəsində ABŞ və Paraqvay yığmaları arasındakı qarşılaşmaya start verilib.

Xatırladaq ki, futbol tarixində rekord sayda – 48 komandanın mübarizə apardığı turnir hər birində dörd komanda olmaqla 12 qrupa bölünüb. Üç ev sahibi ölkə (ABŞ, Kanada və Meksika) mundiala birbaşa vəsiqə qazandığı halda, digər 45 komanda çətin seçmə mərhələ qrupundan sonra bura vəsiqə əldə edib.

İyunun 11-dən 27-nə qədər davam edəcək qrup mərhələsində komandalar dairəvi sistem üzrə hərəyə üç oyun keçirəcəklər. Qrupda ilk iki yeri tutan kollektivlər, eləcə də ən yaxşı nəticə göstərən səkkiz qrup üçüncüsü pley-off mərhələsinə yüksələcək. Ümumilikdə dünya çempionatları tarixində rekord sayda – 104 oyunun keçiriləcəyi turnirin final matçı iyulun 19-da baş tutacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest